Yazar Hakkında

Ilham Zakiroglu
- AZERBAYCAN

Şiirlerim - Makalelerim - Hikayelerim

Qıyma Ürəyim

Qıyma Ürəyim

Yıxmağa tələsmə möhlət ver hələ,
Məni yarı yolda qoyma ürəyim.
Ağrıyan yerimi sən bilə bilə,
Dərdimi ellərə yayma ürəyim...

Hələ uşaqlıqdan bu günə qədər,
Mənə həmdəm oldu qüssə qəm kədər.
Dünyaya mərd gələn öylə də gedər,
Namərdə başımı əymə ürəyim..

Qürbətdə heç oldu ömrümün çoxu,
Qayaya tuş gəldi, arzumun oxu.
Ötən gəncliyimdən qaldı bir yuxu,
Onun da təməlin oyma ürəyim...

Möhlət ver topraqlar alınsın geri,
Qoyma unutmağa bunca dərd səri.
Yaşamq uğruna göstər hünəri,
Qurumuş yaramı soyma ürəyim...

Ömür sona yetir, dərdlə ələmlə,
Yer göy lərzə gəldi ahı naləmlə.
Söndürdüm yanğımı kağız qələmlə.
İlhamam, ömrümə qıyma ürəyim...

İlham Zakiroğlu 17.20.2018


Yorumlar

Yorum Bulunamadı