Yazar Hakkında

Bayram Elioğlu
İstanbul - AZERBAYCAN

Şiirlerim - Makalelerim - Hikayelerim

BELƏ BİR VƏRDİŞƏ.

 

              Belə bir vərdişə...

Ay bərək Allah belə bir vərdişə,
Köklənib baş pul rüşvətli gərdişə...

Alış-veriş xəstəlikdi bizlərə,
Baş qoyuruq rüşvət olan izlərə.
Dərd-bəlayıq haqqı deyən kəslərə,
Sərbəst quluq tamah bəsləyən dişə
Ay bərək Allah belə bir vərdişə,
Köklənib baş pul rüşvətli gərdişə...

Qonşularda qibtə edir bizlərə,
Əl tuturuq Anuş,haykaz kəslərə,
Aldadırıq özümüzü dözlərə,
Tolerantıq deyib vururuq döşə
Ay bərək Allah belə bir vərdişə,
Köklənib baş pul rüşvətli gərdişə...

Pay-puşladır xeyir güdən aramız,
Pul sərvətdir içdəki güc yaramız.
Göz doymur ki sağalsın azarımız,
Susqun qalıb həkimlərdə bu işə,
Ay bərək Allah belə bir vərdişə,
Köklənib baş pul rüşvətli gərdişə...

Can alırıq cib söküb “çatdırmağa”,
Harda “mal”var fırladıb atdırmağa.
Saf insanı çamura qatdırmağa
Görsün nə var,öyrənsin hiylə peşə,
Ay bərək Allah belə bir vərdişə,
Köklənib baş pul rüşvətli gərdişə...

Söylədim anla necə bir nərlərik,
Mədə üçün savaş salan ərlərik.
Bizi qəbul etməyəni şərlərik,
Onun üçün yaratmışıq bir “köşə”,
Ay bərək Allah belə bir vərdişə,
Köklənib baş pul rüşvətli gərdişə...
                                   03.05.2020.


 


Yorumlar

Yorum Bulunamadı