Yazar Hakkında

Bayram Elioğlu
İstanbul - AZERBAYCAN

Şiirlerim - Makalelerim - Hikayelerim

Ay Lələ.

 

         Ay lələ.

 Həyat bizi əzə-əzə yaşatdı,
Sorğu qalıb qiyamətə ay lələ...
İti nəfis tikir düzlərə torba,
Haqdır şahid hər söhbətə ay lələ.dur

Ədalətdən dəm vururlar,özü yox,
Yağlı vədin hiyləsi çox,düzü yox,
Abırlını ismət boğur,sözü yox,
Dözəmmirik tərs minnətə ay lələ...

                                 
Sanki bir robortuq düyməmiz əldə,
İşimiz sözdədir,gücümüz dildə,
Susub yüklənmişik,yükümüz beldə,
Hesab köçür axirətə ay lələ.

Lal,kar,koruq zamanın gərdişinə,
"Yarayırıq" dələduzun işinə,
Dözüm salıb haqsızlığın dişinə,
Sürükləyir cinayətə ay lələ...

Millət adın qalxan edib gəzənlər,
Millətimin əməyini kəsənlər,
Haqqı şərlə,böhtanlarla əzənlər,
Qul olublar xəyanətə ay lələ.

Qanundur insanın tək nizam yolu,
Bu yolda əkilir şər tikan kolu,
Haqqa əl açanın kəsilir qolu,
Baxmırıq insanlıq səmtə ay lələ.

Bayram,bu həyatda hər kəs nagüman
İstəmir anlasın din ilə iman,
Dəyişib baş,qarın yerini zaman,
Nəfis düşüb tərs zülmətə ay lələ....

Lələ -- hörmət əlaməti olaraq
        özündən böyüklərə deyilir.


Yorumlar

Yorum Bulunamadı